Modern.az

Uorlik: “Azərbaycan və Ermənistan prezidentləri müharibə istəmirlər”

Uorlik: “Azərbaycan və Ermənistan prezidentləri müharibə istəmirlər”

Aktual

9 İyul 2016, 10:48

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Varşavadakı görüşündən yazıb.

Modern.az saytı xəbər verir ki, Ceyms Uorlik özünün "Twitter" səhifəsindəki qeydlərində bildirib ki, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində dünən baş tutan görüşlərdə tərəflər müharibə yolunu qəbul etmədiklərini vurğulayıblar.

"ABŞ münaqişənin nizamlanmasına kömək etməyə hazırdır", deyə Ceyms Uorlik yazıb.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...