Modern.az

Türkiyədə 6 yüksək rütbəli hərbçi həbs olundu

Türkiyədə 6 yüksək rütbəli hərbçi həbs olundu

Aktual

9 İyul 2016, 11:21

Türkiyə xüsusi xidmət orqanı Milli İstihbarat Təşkilatı (MİT) Fətullah Gülən qruplaşmasına (FETÖ/PDY) qarşı növbəti əməliyyat keçirib.

Modern.az-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyə KİV-i yayıb.

 Məlumata görə, bu sabah Türkiyənin 10 rayonunda əməliyyat keçirilib.

İzmir Baş Prokurorluğunun “İzmirdə hərbi casusluq” işi ilə bağlı saxta dəlillər hazırlanması ilə

bağlı Gülən qruplaşması hesab olunan FETÖ/PDY-yə qarşı əməliyyat axtarış tədbirləri baş tutub.

Xüsusi əməliyyat zamanı sıralarında admirallarında olduğu istefada olan 6 yüksək rütbəli hərbçi həbs olunub.

Əməliyyat axtarış və istintaq tədbirləri hələ də davam etdiyinə görə həbs olunan yüksək rütbəli hərbiçi və admiralların şəxsiyyəti açıqlanmır.

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...