Modern.az

Nazir nikaha girənlərdə aşkarlanan xəstəliklərdən danışdı

Nazir nikaha girənlərdə aşkarlanan xəstəliklərdən danışdı

Aktual

9 İyul 2016, 11:31

“Əfsuslar olsun ki, nikaha daxil olmaq üçün müayinədən keçənlərin 7 faizində irsi qan xəstəlikləri aşkar olunub.

Ancaq bu müayinələr həm aşkar olunan xəstəliklərlə mübarizədə, həm də gələcəkdə doğulacaq körpələrin sağlamlığı ilə bağlı ciddi irəliləyişlərə nail olmağa imkan verir”.

Modern.az-ın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, nikaha daxil olan şəxslərin tibbi müayinədən keçirilməsi kifayət qədər mürəkkəb proses olsa da, qısa vaxt ərzində Bakı şəhəri ilə yanaşı, bütün regionlarda nikaha girənlərin tibbi müayinəsinin təşkilinə nail olunub.

O bildirib ki, ölkədə hazırda 300 minə qədər şəkərli diabet xəstəsi bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman, özünənəzarət vasitələri və digərləri ilə tam təmin olunur.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı