Modern.az

500 qramlıq körpələri xilas etmək olur - Nazir

500 qramlıq körpələri xilas etmək olur - Nazir

Aktual

9 İyul 2016, 11:49

“Əvvəllər çəkisi 1000 qramdan az olan uşaqlar diridoğulmuş kimi qeydiyyata alınmırdısa, indi kütləsi 500 qramdan artıq olan bütün körpələr diridoğulmuş sayılır və onlara tam həcmli tibbi yardım göstərilir”.

Modern.az-ın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev qurumda keçirilən kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, Azərbaycanda ana və uşaq sağlamlığı ilə bağlı ötən ildən etibarən beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq diridoğulmanın yeni meyarlarına keçilib.

Oqtay Şirəliyev ötən ildən etibarən uşaqlara dərmanın insulin pompası vasitəsilə yeridildiyini, bunun da onları gün ərzində bir neçə dəfə iynə vurmaq əziyyətindən qurtardığını, həyat keyfiyyətlərinin yaxşılaşdırıldığını bildirib:

“Tibb işçilərinin səyi nəticəsində onların təxminən 40%-ə qədərini xilas etmək mümkün olur. Bu isə hətta Avropa üçün də çox yüksək göstəricidir.

Ölkədə ana ölümü göstəricisi 34,2-dən 14,4-ə düşüb”.

 

 

Ağa AKİFOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı