Modern.az

13 yaşlı azərbaycanlı pianoçu beynəlxalq mükafat alıb - FOTO

13 yaşlı azərbaycanlı pianoçu beynəlxalq mükafat alıb - FOTO

Aktual

9 İyul 2016, 16:50

Azərbaycanı Macarıstanda təmsil edən 13 yaşlı musiqiçi beynəlxalq mükafat alıb. Modern.az saytı xəbər verir ki, 13 yaşlı pianoçu Ayla Həsənova bu yaxınlarda Macarıstanın Balaton şəhərində keçirilən beynəlxalq müsabiqədə qran-pri mükafatına layiq görülüb

Həsənova Ayla Tahir qızı 2003-cü il martın 28-də Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı şəhəri 175 nömrəli orta məktəbinə 1-ci sinfinə gedib. 2011-ci ildə Vaqif Mustafazadə adına musiqi məktəbinin piano üzrə 1-ci sinfinə daxil olub.
25.04.2012-də Vaqif Mustafazadə adına məktəbdə solo konsert verib. Həmin ilin mart ayında Analar günü münasibətilə Rəşid Behbudov adına sarayda konsertdə çıxış edib.
2012-də Tofiq Quliyev adına 12 nömrəli məktəbin 2 sinfinə daxil olub. 2014-cü ilin may ayında Istanbulda keçirilən Pera piano festivalında 3-cü yeri tutub.
2015-ci ildə Estoniyanın Narva şəhərində keçirilən müsabiqədə yenidən 3-cü yerə layiq görülüb.
2016-cı ildə İspaniyanın Lloret de Mar şəhərində keçirilən müsabiqədə 1-ci yeri tutub.
2016-cı ilin iyun ayında Bakı şəhərində Ədilə Hüseynzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş fortepiano ansamblı və müşayiət üzrə respublika müsabiqəsində uğurlu çıxış etdiyinə görə diploma layiq görülüb. 12 nömrəli musiqi məktəbinin muğam mərkəzində yekun konsertdə Fəxri Fərman alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı