Modern.az

Sarkisyan Ollandla görüşüb

Sarkisyan Ollandla görüşüb

Aktual

9 İyul 2016, 17:47

Varşavadakı  NATO sammitində iştirak edən Ermənistan prezidenti Serj Sarkisyan  Fransa prezidenti Fransua Ollandla görüşüb.

Modern.az-ın Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər.

Görüş zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olub.

Ermənistan və Fransa prezidentləri Vyana və Sankt-Peterburq sammitləri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini söyləyiblər.

Görüşdə tərəflər danışıqlar prosesinin davam etdirilməsi perspektivi ətrafında fikir mübədiləsi aparıblar. 

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!