Modern.az

NATO-dan Azərbaycanın ərazi bötüvlüynə dəstək SƏNƏDİ

NATO-dan Azərbaycanın ərazi bötüvlüynə dəstək SƏNƏDİ

Aktual

9 İyul 2016, 17:58

NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Modern.az-ın xəbərinə görə, bu Varşavada NATO sammitinin yekun kommunikesində öz əksini tapıb.

"Müttəfiqlər həmçinin Azərbaycan, Ermənistan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləyir", - deyə sənəddə bildirilib.

Kommunikeni Alyansa üzv ölkələrin, eləcə də təşkilatın tərəfdaş ölkələrin rəhbərləri imzalayıblar.

Xatırladaq ki, Çikaqoda (2012) və Uelsdə (2014) keçirilən NATO sammit çərçivəsində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənib. 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı