Modern.az

İlham Əliyev türkiyəli həmkarı ilə Qarabağ münaqişəsini müzakirə edib

İlham Əliyev türkiyəli həmkarı ilə Qarabağ münaqişəsini müzakirə edib

Aktual

9 İyul 2016, 20:22

NATO-nun Varşava sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar müzakirə olunub.

Azərbaycan prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son proseslər barədə həmkarına məlumat verib, son danışıqlarda müsbət irəliləyişlərə nail olunduğunu nəzərə çatdırıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfər edəcəyini xatırladan İlham Əliyev bu səfərin Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir edəcəyinə inamını ifadə edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı