Modern.az

MHŞT-də yenidən gərginlik: Yayılan bəyanat qalmaqal yaratdı

MHŞT-də yenidən gərginlik: Yayılan bəyanat qalmaqal yaratdı

Aktual

9 İyul 2016, 23:02

"Məlumat vermək istərdim ki, Qubad İbadoğlunun məlumatı yanlışdır. Həmin bəyanatın müzakirəsi və imzalanması prosesində mən iştirak etməmişəm. Amma may ayının 20-də Koalisiyada yaranmış gərgin vəziyyətlə bağlı Qubad İbadoğlu, İlham Hüseynli, Oqtay Güləliyev və Məmməmədhəsən Həsənov Sabit bəyin ofisində Sabit bəy,  Azər bəy və mənimlə görüşmək arzusunda olduğunu bildirib və görüş onların istəyi ilə baş tutub. Həmin görüş zamanı O.Güləliyevin Milli Şuraya Koalisiyanın Ümumi Yığıncağı ilə bağlı verdiyi hesabat bir daha müzakirə obyekti olub və onun tərəfindən söylənilən fikirlər əsassız və iftira xarakteri daşıdığı diqqətinə çatdırılıb". Modern.az saytı xəbər verir ki, bunu "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

O, daha sonra əlavə edib: "Bu zaman davam edən uzun müzakirələrdən sonra belə bir razılıq əldə edilib ki, məsələnin araşdırılması Monitorinq Qrupuna verilsin. Monitorinq Qrupunun qəbul edəcəyi qərarına (RƏYİNƏ) hamı tərəfindən hörmətlə yanaşılacaq və qəbul ediləcək. Tərəfimdən qeyd olunub ki, baxmayaraq ki, Oktay Güləliyevin həmin məlum hesabatında Monitorinq Qrupunun üzvlərinin 3/2-nin sizin qrupun nümayəndələri olduğu qeyd olunub. Amma bununla belə mən də Monitorinq Qrupunun rəyini qəbul edəcəm və əgər Monitorinq Qrupunun rəyində Koalisiya Şurası və mənə yönəlmiş iftira öz təsdiqini tapacaqsa, o zaman dərhal istefa verərək müvafiq qurumlardan xahiş edəcəm ki məsələni təhqiqatını apararaq təqsirkarı müəyyənləşdirsinlər... Həmən müzakirələrdə iştirak edən bütün şəxslər Monitorinq Qrupunun rəyinə hörmətlə yanaşaraq onu qəbul edəcəklərini bildirərək öhdəlik götürdulər...

Eyni zamanda həmən müzakirələr zamanı tərəfimdən digər bir məsələ ilə baglı da Şuranın birgə geçiriləcək iclasında qərar qəbul ediməsi öhdəliyin götürulməsi vacibliyi də qaldırıldı. Təklif etdim ki, Şuranın iclasında biz Şuara üzvləri Koalisiyanın müstəqilliyini təmin etmək üçün Siyasi Qruplardan və Hökumətdən eyni məsafədə dayanaraq onların təsirindən Koalisiyani qorumaq barədə bəyanat qəbul edək və imzamızla da onu təsdiq edək. Bu təklifə müqavimət olmasına baxmayaraq qəbul edildi .

Sabit bəydən də ki, bu bəyanət layihəsini hazırlamagı xahiş etdim. Lakin Şuranı iclasının gündəlik layihəsi təqdim edilərkən bu məsələ gündəliyə daxil edlmədiyinin hər biriniz Şəbəkədə gördünüz. İclas günü yalniz geniş müzakirədən sonra bəyanatla baglı məsələ gündəliyə o şərtlə daxil oldu ki, sonra bunu müzakirə edərik. 30 iyunda Şura iclasında Monitorinq Qrupunun Rəyinin məlum qrup tərəfindən qəbul edilməməsi artıq Sizə məlumdur. Bu qrupda yuxarıda adlarının qeyd etdiyim şəxslər öz sozlərini tuta bilməyərək nə hüqüqa, nə Koalisiyanın Əsasnaməsinin tələblərinə və nə verdiklərə sözə əməl etmədilər.

Bu məsələnin müzakirəsindən sonra artiq Şurada müzakirə mühütünün olmaması, iclasın isə 3,5 saat davam etməsi və məsələləri məlum Qubad İbadoglu qrupunun 50+1 çoxlugunu səs üstünlüyü ilə keçdiyini nəzərə alaraq tərk etdiyimdən sonrakı müzakirələrdə iştirak etmədiyimdən hər hansi sənədə imza atmamaışam. Ümümiyyətlə hesab edirəm ki, Monitorin Qrupunun Rəyinin təftiş ediməsi və əsaslandırmadan rədd edilməsindən sonra qəbul edilən o bəyanatın da hər hansı nəticəsi yoxdur. Monitorinq Qrupunun rəyinə olan münasibət bir daha subut edir ki, Koalisiya məlum siyasiləşmiş Qrupun monopoliyasındadır və vəziyyət islaholunmaz hala çatdırılıb. Və növbədənkənar Ümüümi Yığıncağın keçirilməsini zəruri edir".

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı