Modern.az

“Qatar Airways”ə məxsus təyyarə Buxarestdə məcburi eniş edib

“Qatar Airways”ə məxsus təyyarə Buxarestdə məcburi eniş edib

Aktual

9 İyul 2016, 23:42

“Qatar Airways” aviaşirkətinə məxsus “Boeing 787” tipli təyyarə Buxarestdə Otopen hava limanında təcili eniş edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Oslodan Dohaya gedən təyyarə mühərrikdə yaranmış problemə görə məcburi eniş edib. Oslo-Doha istiqamətində hərəkət edən “Boeing 787 Dreamliner” təyyarəsinin göyərtəsində ekipaj üzvləri ilə birgə 260 sərnişin olub. Onlar gedəcəkləri ölkəyə başqa reyslə göndəriləcəklər.

 

Hazırda təyyarədə texniki heyət çalışır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı