Modern.az

 “Şeş-beş” restoranlar şəbəkəsi rəhbərinin sürücüsü öldürüldü

 “Şeş-beş” restoranlar şəbəkəsi rəhbərinin sürücüsü öldürüldü

Aktual

10 İyul 2016, 11:59

Moskva çayında yataq torbasının içərisində meyiti aşkarlanan şəxsin “Şeş-beş” restoranlar şəbəkəsi təsisçisinin sürücüsü olduğu müəyyənləşdirilib. Modern.az Rusiya mediasına istinadən bildirir ki, istintaqın versiyasına görə, onun öldürülməsinə səbəb biznes məsələlərindəki fikir ayrılığı ola bilər. kişinin sifarişli qətlin qurbanı olduğu idda edilir.

İyulun 9-da Moskva çayının Lujnetski sahilindən keçən ərazisində yataq torbasına qoyulub çaya atılan meyit aşkarlanıb. Kişinin əynində dəbdə olan göy kostyum olub, saçları qaradır, orta bədən quruluşuna malikdir. Meyitə ilkin baxış zamanı başından güllələnin zorakılıqla öldürüldüyü məlum olub.

Faktla bağlı cinayət işi qaldırılıb, onun ad və soyadı hələ ki açıqlanmır.

“Şeş-beş” restoranlar şəbəkəsində müştərilərə Azərbaycan mətbəxinə məxsus yeməklər təklif olunur.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...