Türkiyənin “Qalatasaray” klubunun keçmiş tanınmış rumıniyalı futbolçusu Gorgi Hacının oğlu Yanisa rəsmən İtaliyanın “Fiorentina” komandasına keçib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, oktyabrda 18 yaşı tamam olacaq yarımmüdafiəçi əvvəllər atasının baş məşqçisi olduğu Rumıniyanın “Viitorul” klubunda oynayıb.
O, iyulun 11-də tibbi müayinədən keçəndən sonra yeni komandasına qoşulacaq. Oğul Hacı Rumıniyanın U17 millisində 5, U18-də isə bir oyun keçirib.
Yanisa “Viitorul”un heyətində 39 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Modern.az