Modern.az

Minsk qrupu Qarabağa görə bu gün toplanır

Minsk qrupu Qarabağa görə bu gün toplanır

Aktual

11 İyul 2016, 10:25

Bu gün ATƏT-in Minsk qrupunun növbəti  görüşü keçiriləcək.

Modern.az-ın xəbərinə görə, Avstriya paytaxtı Vyanada baş tutacaq budəfəki görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparılacaq.

 Minsk qrupu üzvlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşün nəticələri və münaqişənin həlli üzrə növbəti addımlar haqqında məlumat veriləcəyi gözlənilir.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu  Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in  prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb.

Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, ABŞ, Fransa, Polşa, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.

1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransadan olan həmsədrləri var. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.

 Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı