Modern.az

BDU və AMEA yeni layihəyə start verdi

BDU və AMEA yeni layihəyə start verdi

Aktual

11 İyul 2016, 10:51

Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar laboratoriyasında AMEA-nın İdarəetmə Sistemləri İnstitutu və universitet əməkdaşlarının "İşlənmənin son mərhələsində olan  yataqlarda neftvermə  əmsalının artırılması üçün  nanotexnologiyaların  tətbiqi  ilə  intellektual idarəetmə sisteminin  yaradılması" mövzusunda birgə seminarı olub.

Seminarda BDU-nun rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə, Mexanika riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov, Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina Mehdiyeva və digər alimlər iştirak ediblər. Seminarı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov BDU-da nanotexnologiyanın neftçıxarmaya tətbiqi ilə bağlı tətbiqi elmi tədqiqat işlərinin hələ 2005-cı ildən aparıldığını, SOCAR və Səudiyyə Ərəbistanının Kral Əbdul Əziz Kinq Araşdırmalar Mərkəzi ilə bu istiqamətdə əməkdaşlıq edildiyi seminar iştirakçılarının diqqətinə çatdırıb.

Akademik Telman Əliyev  işlənmənin son mərhələsində olan yataqlarda neftvermənin artırılması üçün intellektual idarəetmə sisteminin yaradılması ilə bağlı uğurlu işlər aparıldığını seminar iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra Nanoaraşdırmalar laboratoriyasında aparılan işlər barədə Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov məlumat verib. Qeyd edib ki, laboratoriyada son 7 ildə aparılan emi tədqiqat işlərinin nəticələri 150 xarici məqalədə, o cümlədən onlardan 82-si Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib. Bütünlüklə laboratoriyada bu dövr ərzində ümumi dəyəri 7,8 milyon dollarlıq qrant layihələri yerinə yetirilib. Daha sonra AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları nəzərdə tutulan işlər barədə məlumat veriblər.

Seminarda, eyni zamanda bu istiqamətdə Dövlət proqramının hazırlanması barədə müzakirələr aparılıb və işçi qrup yaradılıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı