Mərkəzi Bankın məlumatına görə, 2016-cı il iyunun 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşu milli valyuta ekvivalentində 18197,1 milyon manat təşkil edib.
Modern.az saytı rəsmi statistikaya əsasən bildirir ki,, onun 14306,1 milyon manatı uzunmüddətli kreditlər olub.
Kreditlərin 32,1 faizi dövlət, 64,9 faizi qeyri-dövlət bankları, 3,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının payına düşüb.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,3 faizini təşkil edib.
Gülşən RAUFQIZI