Milli Məclisin bugünkü iclasında deputat Hikmət Babaoğlu Zahid Oruca söz atıb.
Modern.az xəbər verir ki, Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc plenar iclasda “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsinin müzakirəsiz qəbul edilməsini təklif etməsi onun həmkarı Hikmət Babaoğlunun narazılığına səbəb olub.
Zahid Oruc bildirib ki, ekranda adı olan həmkarlar etiraz etməsələr, qanun layihəsini müzakirəsiz qəbul edib, ikinci oxunuşda ayrı təklifləri vermək olar.
“Doğrusu həmişə çıxış siyahısında birinci yerdə olanlar adlarını siyahıda görməyəndə narahat olub, stress keçirirlər, bu doğru deyil. Zahid müəllim, sizə deyirəm”, - deyə Hikmət Baboğlu komitə sədrinə deyib.