Modern.az

"İlham Əliyevlə isti dostluq münasibətimiz var"

"İlham Əliyevlə isti dostluq münasibətimiz var"

Aktual

14 İyul 2016, 12:56

"Ukrayna və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var".

 

"İnterfaks-Ukrayna" xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda keçirilən Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasında deyib.

 

"Xalqlarımız arasındakı münasibətlərdə böyük potensial var. Hətta deyərdim ki, prezidentlər arasında isti və dostluq münasibətləri mövcuddur. Biz fəal danışıqlar prosesindəyik", - deyə P.Poroşenko bildirib.

 

Onun sözlərinə görə, tərəflər arasında əldə olunan bütün razılaşmalar qətiyyətlə təşviq edilir və həyata keçirilir.

 

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından Ukrayna prezidentinin Bakıya səfərinin önəmini qeyd edib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı