Modern.az

“Coca-Cola” şirkəti “Bonaqua” suyunu ucuzlaşdırdı

“Coca-Cola” şirkəti “Bonaqua” suyunu ucuzlaşdırdı

Aktual

14 İyul 2016, 15:02

“Azerbaijan Coca-Cola Bottlers” şirkəti yay mövsümü ilə əlaqədar olaraq qazlı və qazsız “Bonaqua” suyuna yeni qiymətlər elan edib.

 

Şirkətdən Modern.az-a verilən məlumata görə, 0,5 litrlik qazlı və qazsız “Bonaqua” suyunun tövsiyə olunmuş satış qiyməti 40 qəpikdən 30 qəpiyə endirilib. 5 litrlik qablaşdırmada daha öncə 1,70 manata təklif olunan “Bonaqua” suyunun tövsiyə olunmuş satış qiyməti isə hazırda 1,20 manat təşkil edir.

 

Şirkər bildiri ki, “Bonaqua” məhsullarının istehsalı prosesində tanınmış Şollar suyundan istifadə edilir. Təhlükəsizlik və ən yaxşı dad keyfiyyətlərinin təminatı üçün su mərhələli şəkildə təmizlənir.
“Son məhsul formasında alıcılara təqdim edilən “Bonaqua” suyu Azərbaycanda qida sənayesində mövcud qanunvericiliyin tələblərinə tam uyğun olmaqla yanaşı, bütün beynəlxalq keyfiyyət standartlarına, o cümlədən “Coca-Cola” şirkətinin daha yüksək tələb və normalarına cavab verir”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı