“Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilməsi işləri tam olaraq yekunlaşıb”.
Modern.az-ın xəbərinə görə, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yeni rektoru Cəfər Cəfərov deyib.
Onun sözlərinə görə, AMİ-də çalışan müəllimlərin hamısı işlə təmin olunacaq və heç bir ixtisar olmayacaq.
Cəfər Cəfərov həmçinin söyləyib ki, hazırda ADPU-da ümumi tələbə sayı Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birlikdə 20 min civarındadır:
“Builki məzunları nəzərə alsaq, bu rəqəm bir az azalacaq. Çünki qəbul planında müəyyən dəyişikliklər edilib”.
Rektor universitetdaxili hansısa dəyişiklik barədə ətraflı məlumat verməyin hələ tez olduğunu bildirib:
“Hazırda ciddi hazırlıq işləri gedir. Yarımçıq məlumat çaşqınlıq yarada bilər. Ona görə də bir müddət gözləmək məsləhətdir”.
Xatırladaq ki, keçən il Prezident İham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib.
Ağa AKİFOĞLU