Modern.az

Arif Quliyev traktorla çaya aşdı, qolu çıxdı

Arif Quliyev traktorla çaya aşdı, qolu çıxdı

Aktual

14 İyul 2016, 16:36

 

Xalq artisti, tanınmış gülüş ustası Arif Quliyev qəzaya düşüb. 

Bu barədə aznews.az-a sənətkarın özü məlumat verib. O bildirib ki, qəza yenicə rol aldığı “Nazlı” filminin çəkilişi zamanı baş verib:

 

“Filmdə traktorçu Təbriz obrazında oynayıram. Amma mən traktor sürə bilmirdim. Bu üzdən bir həftə traktor sürməyi öyrəndim. Çəkiliş zamanı traktor çaya aşdı, qolum çıxdı. Həmin kənddə sınıqçı vardı, getdim yanına qolumu saldılar. Traktor sürücüsünün də ayağı əzilib”. 

A.Quliyev hazırda vəziyyətinin normal olduğunu və filmlə bağlı çəkilişlərini davam etdirdiyini qeyd edib.

 

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı