Modern.az

“Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”

“Fransa Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”

Aktual

14 İyul 2016, 20:26

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiq qalır”. Modern.az saytı “Report”a istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe ölkəsinin milli bayramı – Bastiliyanın alınması günü münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması məqsədilə yüksək səviyyədə mütəmadi görüşlərin keçirilməsi Fransanın bu problemin həllinə sadiq olduğuna sübutdur.

"Fransa Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü qəbul etməyə hazırdır", - deyə səfir qeyd edib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...