Modern.az

Paytaxtda sərxoş kişi özünü damdan atmaq istədi

Paytaxtda sərxoş kişi özünü damdan atmaq istədi

Aktual

14 İyul 2016, 20:53

Bakıda sərxoş şəxs intihara cəhd edib. Modern..az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin sərxoş vəziyyətdə beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirməsi barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı