Ukraynanın Prezidenti Petro Poroşenkonun Azərbaycana rəsmi səfəri bu gün başa çatıb. Modern.az saytı xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Petro Poroşenkonu hava limanında Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Modern.az