Modern.az

“Qəbələ”dən daha bir qələbə

“Qəbələ”dən daha bir qələbə

Aktual

15 İyul 2016, 00:28

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib. Modern.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi "Qəbələ" bu mövsüm turnirdə üçüncü matçına çıxib. “Qəbələ”nin rəqibi isə Macarıstanın MTK (Budapeşt) komandası olub.

Oyunda ilk fərqlənən “Qəbələ” komandası olub. 25-ci dəqiqədə Nika Kvekveskiri hesabı açıb. Oyunun 63-cü dəqiqəsində Filip Ozobiç hesabı 2:0 edib. Oyunun 70-ci dəqiqəsində isə MTK bu qollardan birinin əvəzini çıxıb. Beləliklə, oyun “Qəbələ”nin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü iyulun 21-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı