Fransanın Nitsa şəhərində terror aktı törədilib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. Məlumata görə, terrorçular və polis arasında atışma olub.
Terror aktı nəticəsində 80 nəfərin öldüyü, 100-dən çox insanın isə yaralandığı bildirilib.
Modern.az