Modern.az

Şəkidə selin dağıtdığı yol bərpa olundu

 Şəkidə selin dağıtdığı yol bərpa olundu

Aktual

15 İyul 2016, 10:32

İki gün bundan öncə Şəki rayonunda sel sularının təsirindən yuyularaq sıradan çıxan yol bərpa olunub. Söhbət Cunut kəndinin yolundan gedir.

 

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, dağlara yağan aramsız leysan yağışları nəticəsində Biləcik çayına gələn güclü sel səbəbi ilə sözügedən kəndə gediş-gəliş çətinləşmişdi. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin ağır texnikası və canlı qüvvəsi cəlb olunmuşdu. Qısa müddət ərzində sel suları nəticəsində yuyularaq sıradan çıxmış yolda avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

 

Qeyd edək ki, son aylar ərzində intensiv yağıntılar və sel suları nəticəsində Daşkəsən, Gədəbəy, Qazax, Quba, Qusar, Şamaxı, Ağsu, İsmayıllı, Yardımlı, Lerik, Şəki  və digər rayonlarda avtomobil yollarına ziyan dəymiş, Bakı - Şamaxı - Yevlax avtomobil yolunun Qobustan, Şamaxı rayonları ərazisindən keçən hissəsində, Ağsu dolaylarında, Muğanlı - İsmayıllı, Lənkəran - Lerik, Masallı – Yardımlı, Basqal-Sulut və digər avtomobil yollarında torpaq sürüşmələri daha da aktivləşdiyindən avtonəqliyyat vasitələrinin hərəkətində qısa müddətli problemlər yaranmışdı. “Azəravtoyol” ASC tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən ərazilərdə hərəkətin fasiləsizliyi təmin olunub.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı