Modern.az

Cəmil Həsənlidən ANONS: “Sənədlər üzərində işləyirəm”

Cəmil Həsənlidən ANONS: “Sənədlər üzərində işləyirəm”

Aktual

15 İyul 2016, 11:50

“Hal-hazırda tədqiqat işi ilə bağlı sənədlər üzərində işləyirəm. Hər halda, bunun bir yaxşı araşdırma olacağına ümid bəsləyirəm”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın sədri, professor Cəmil Həsənli deyib.

 

Onun sözlərinə görə işlər tam yekunlaşmamış ətraflı danışmaq düzgün deyil.

 

“Gün ərzində tədqiqatlarımı davam etdirirəm. Eyni zamanda, siyasi işlərlə də maraqlanıram. Dünyada baş verən siyasi prosesləri analiz edirəm.

 

Bu yaxınlarda Moskvada oldum və Rüstəm İbrahimbəyovla görüşdüm. Rüstəm bəy Milli Şuranın fəxri sədridir və bu istiqamətdə Milli Şura ilə sıx əlaqə saxlayır. Biz də həm siyasi həm də araşdırma işlərimizlə məşğul oluruq”.

 

Namidə BİNGÖL

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı