Modern.az

Ağsuda hamilə qadın öldü

Ağsuda hamilə qadın öldü

Aktual

15 İyul 2016, 12:00

 

Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib. 

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar.

Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər.

 

Həkimlərin səyinə baxmayaraq ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən

Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı