Modern.az

Azərbaycan və Türkiyə Qarabağ münaqişəsini müzakirə etdi

Azərbaycan və Türkiyə Qarabağ münaqişəsini müzakirə etdi

Aktual

15 İyul 2016, 13:42

Azərbaycan və Türkiyə xarici işlər nazirləri siyasi əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə ediblər, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunublar.

 

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Bakıda bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

O bildirib: "Mən həmkarımı Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlarla bağlı məlumatlandırdım. Türkiyə regionun qabaqcıl və ATƏT-in Minsk qrupunun üzv ölkəsi kimi bu münaqişənin nizamlanması ətrafındakı hadisələr barədə məlumatlı olmalıdır".

M.Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında Nitsadakı terror aktını qətiyyətlə pislədiklərini deyib: "Biz terrorçuluqla və onun təzahürləri ilə mübarizədə daha qətiyyətli olmalıyıq".

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı