ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.
Modern.az xəbər verir ki, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“Baxmayaraq ki. Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi dəqiqləşməyib, buna baxmayaraq ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi prezidentlər arasında növbəti görüşü mümkün qədər tez təşkil etməyə çalışacaqlar”.
Xatırladaq ki, prezidentlər sonuncu dəfə Vyana və Sankt-Peterburqda görüşmüşdülər.
Modern.az