İyul ayının 14-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Dostları Assosiasiyası (ADA) tərəfindən Azərbaycan-Fransa musiqi gecəsi təşkil edilib. Əvvəlcə ADA-nın prezidenti, Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel qonaqları salamlayıb, Azərbaycan haqqında və ölkəmizin Fransa ilə münasibətləri barədə məlumat verib, Assosiasiyanin fəaliyyətindən və gələcək layihələrindən bəhs edilib.
Sonra qonaqlara məşhur fransız yazıçısı Qonzaq Sən Brisin “Aleksandr Duma Qafqazda” adlı 5 dəqiqəlik filmi təqdim edilib. Filmdə A.Dümanın Bakı, Qarabağ və digər bölgələrə səfəri, dahı Azərbaycan şairi Natavan ilə görüşü təsvir edilib. Təqdimatda iştirak edən Sən Bris Azərbaycana səfəri, təəssüratları və filmin necə yaranması haqqında danışmış və suallara cavab verib. Məhşur yazıçı Azərbaycana səfərindən bəhs edib, ölkəmizin zəngin mədəniyyəti haqda danışıb.
Sonra Azərbaycan muğam ustası Qoçaq Əsgərovun və fransız caz ifaçısı Pyer de Treqomanın birgə konserti olub. Konsertdə Azərbaycan (Bayati Kürd, Rast, Sarı Gəlin) və fransız musiqiləri ayrı-ayrı və sintez şəklində ifa edilib.
Musiqi gecəsi Fransanın Milli Bayramı – 14 iyula təsadüf etdiyi üçün qonaqlar Eyfel Qulləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binasından bayram atəşfəşanlığını da izləmək imkanı əldə ediblər.
Modern.az