Modern.az

Fransada terror törədən boşanandan sonra depressiyaya düşüb

Fransada terror törədən boşanandan sonra depressiyaya düşüb

Aktual

16 İyul 2016, 00:14

Fransa KİV-i Nitsedə qanlı terror törədən Mohamməd Buhlelyanın şəxsi həyatını ətraflı araşdırıblar. Modern.az xarici mediaya istinadən bildirir ki, o, üç uşaq atasıdır və yaxınlarda arvadından boşandıqdan sonra depressiyaya düşüb, pulsuzluqdan əziyyət çəkib. Qonşuları onu tənha və sakit, xarici görünüşcə dini təsir bağışlamayan adam kimi xarakterizə ediblər.

O, Nitsedə sürücü-ekspeditor işləyib və Abattuar rayonunda yaşayıb. O, dəfələrlə kriminal, xüsusilə, oğurluqlarda əli olan adam kimi tanınıb.

Polis müəyyən edib ki, Nitsedə terror aktı törədən zaman odlu silahı və qumbarası olub. Terrorçu maşını hücumdan bir neçə gün əvvəl icarəyə götürüb. Cinayətkar faciə günü yük maşınını sahil rayonunda saxlayaraq polisə dondurma gətirdiyini xəbər verib. Hüquq-mühafizə orqanları nəqliyyat vasitəsini buraxıblar, ona görə ki, çatdırılma xidmətləri üçün hərəkətin məhdudlaşdırılması günü istisna edilir. Kişi maşında 9 saat oturub.

Bu arada Buhlelyanın Tunisin Msaken şəhərindəki qohumları yaşadığı əraziyə gələn müxbirləri soyuq silahla hədələyirlər. Buhlelya ailəsinin nümayəndələri situasiya ilə bağlı açıqlama vermək istəmir və tələb edirlər ki, jurnalistlər şəkil çəkməyi dayandırıb, onları sakit buraxsınlar.

Bundan əvvəl İnternetə qatilin ehtimal edilən fotosu qoyulub. Eləcə də xəbər verilib ki, polis onun evində axtarış aparıb və keçmiş arvadını saxlayıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı