Modern.az

Türkiyə Silahlı Qüvvələri nəzarətin orduya keçdiyini açıqladı -  Canlı Yayım

Türkiyə Silahlı Qüvvələri nəzarətin orduya keçdiyini açıqladı -  Canlı Yayım

Aktual

16 İyul 2016, 00:44

Türkiyədə dövlət çevrilişinə cəhd olunub. Türkiyə Silahlı Qüvvələrindən akreditasiyadan keçmiş bütün metbuat orqanlarına mail göndərilib. Modern.az saytı Türkiyə mediasının məlumatına görə, həmin mail-də bildirilir ki, Türkiyə Silahlı Qüvvələri nəzarəti ələ keçirib və ölkənim idarəçiliyi ordunun əlindədir.

Türkiyə Silahlı Qüvvələri adından yayılan məlumatda bildirilir:

"Türkiyə Silahlı qüvvələri konstitusiya quruluşunun, insan  hüquq və azadlıqlarının təkrar təmini və təsis edilməsi, hüququn üstünlüyünün yenidən hakim olunması, pozulan asayişin yenidən təmin edilməsi məqsədi ilə ökə idarəçiliyini əlinə almışdır. Bütün beynəlxalq müüqavilələrimiz və öhdəliklərimiz qüvvədə qalmaqdadır. Bütün dünya ölkələriilə münasibətlərimizin davam edəcəyinə təmin edirik".

 

Hazırda Türkiyə televiziyaları bu barədə canlı yayım verməkdədir.

 

Oradan da görünür ki, Ankara küçələrində tanklar küçələrə çıxıb, helikopterlər havaya qaldırılıb.

 

Türkiyənin baş naziri Binali Yıldırım televiziyalara açıqlama verib və deyib ki, bu, bir hərbi üsyandır.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı