Türkiyədə baş verən olaylarla bağlı növbəti açıqlama sabiq prezident Abdullah Güldən gəldi. Modern.az saytı xəbər verir ki, CNN Türk vasitəsi ilə canlı yayına çıxan Abdullah Gül Türkiyənin bir Latın Amerikası, Afrika ölkəsi olmadığını vurğulayıb: “Bu gecə basqını yapanlar bir an öncə çəkilsinlər. Gün bu gündür. Hər kəsin imtahan günüdür. Hüququn üstünlüyü təmin ediləcək. Bu tip nə olduğu bəlirsiz bir çevriliş qarşısında hər kəs saflarını sıx və möhkəm tutsun. Millətin iradəsinə sahib çıxsınlar. Belə bir ayıbı TSK-ya mənsub heç kim edə bilməz. Bunu TSK-nın qara günü olaraq qeyd etdirəməz”.
Sabiq prezident vurğulayıb ki, Türkiyəni bir xaosa soxmamaq üçün çevrilişə cəhd edənlər bundan dərhal vaz keçsinlər.
Modern.az