Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vətəndaşları küçələrə çıxmağa səslədikdən sonra bəzi insanlar meydanlara axışıb. Modern.az saytı xəbər verir ki, Türkiyə televiziyalarının canlı yayınlarından xalqın meydanlarda olduğu görünür. Artıq Türkiyənin bütün şəhərlərində xalq meydanlara axışıb. Xalq hərbçılərin olduğu hərbi texnikaların qarşısını kəsərək onları hərəkətsiz duruma gətirib. Artıq çevrilişə cəhd edən əsgər və zabitlərin saxlanıldığı bildirilir. Bu arada yayılan görüntülərə görə, artıq dövlət çevrilişinə cəhd edənlər Atatürk Hava Limanından geri çəkilir.
Modern.az