Keçmiş deputat Asəf Hacıyev qızına toy edir. Modern.az-ın xəbərinə görə, toy Türkiyənin və dünyanın ən məşhur saraylarından olan “Çırağan”da baş tutacaq.
Toya Azərbaycandan olan 20-dən çox deputat da gedib. Məsələ odur ki, toy bu gün baş tutmalı idi. Hazırda toya gedən deputatlar İstanbulda müxtəlif otellərdədirlər.
Türkiyədəki məlum hadisələrə görə toyun təxirə düşəcəyi şəksizdir.
Deputatların isə hələ ki, geriyə dönüşü mümkünsüzdür.
Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibidir. Onun 3 övladı var.
Modern.az