Türkiyə parlamenti təcili toplandı. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəqiqələrdə bu ölkənin Böyük Millət Məclisi toplanıb. Toplantıya yaxın şəhərlərdən olan deputatlar qatılıb. Bölgələrdən olan deputatlar toplantıya qatıla bilməyib. Müzakirələr davam edir və Türkiyədə hərbi çevrilişə cəhd pislənilir. Məclisdə çıxış edən ana müxalifət partiyalarının təmsilçiləri də xalqı demokratiyanı qorumağa çağırıb.
Təcili toplantı davam edir.
Modern.az