Hərbi çevirilişçilər Türkiyənin "Doğan" Media Mərkəzinə daxil olublar. Modern.az saytı xəbər verir ki, bu barədə CNN Türkün canlı yayımında olan xəbər aparıcısı bildirib.
Onun sözlərinə görə, bir neçə dəqiqə öncə kanalın da yerləşdiyi şirkətin həyətinə bir hərbi helikopter enib. Bina əsgərlər tərəfindən tutulub.
Bundan başqa silahlılar Türksat-a bomba atıb və binada yanğın yaranıb.
Bundan başqa CNN Türk-ün binasına daxil olan hərbçilər canlı yayını dayandırılıb.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan məhz CNN Türk-lə canlı yayına çıxaraq xalqı küçələrə çağırmışdı.
Modern.az