Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbula gəlib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Atatürk Hava Limanında verdiyi açıqlamada bir daha xalqı meydanlara, hava limanlarına çağırıb.
O bildirib ki, bu çevirilişi hazırlayanlar bunun hesabını çox-çox ağır ödəyəcəklər.
"Bir olacağıq, birlikdə olacağıq, birlikdə Türkiyə olacağıq" deyən prezident hadisə ilə bağlı detallı açıqlama verməyib.
Türkiyə Prezidenti qurucusu olduğu partiyanın bütün üzvlərini və bütün əhalini şəhərlərin meydanlarına dəvət edib: “Əl ələ olaraq bu addımı atanların dərsini verəcik”.
Prezident Ərdoğan qeyd edib ki, artıq məlum hadisələrlə bağlı saxlanılar var.
“Biz tankların önündə durmağın nə olduğunu bilirik. İndi də millətimiz dəyanətlə duracaq. Silahlı Qüvvətlərin içindəki azlıq, bu iğtişaşı planlayanlar öz hərəkətinin bədəlini ağır ödəyəcək.Türkiyənin gücləndiyi bir dövrdə belə addım qəbuledilməzdir”.
Türkiyə prezidenti deyib ki, bu il avqustun əvvəlində Yüksək Hərbi Şuranın toplantısı olacaq: "Bu hadisənin həmin şura əvvəli olması çox mənalıdır. Çünki onlar həmin şurada nə baş verəcəyini gözəl bilirdilər".
Ərdoğan qeyd edib ki, İstanbula Marmarisdən gəlib: "Mən ordan ayrılandan dərhal sonra Marmarisdə olduğum yer bombalanıb".
Ərdoğan xüsusi köməkçisinin girov götürüldüyünü də açıqlayıb.
Qeyd edək ki, Hərbi qiyam cəhdindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbula gəlmək üçün Dalaman Hava limanından “Gulfstream G450” tipli TC-ATA təyyarəsində havaya qalxıb.
Modern.az