Modern.az

Azərbaycandan Türkiyədəki çevriliş cəhdinə REAKSİYA

Azərbaycandan Türkiyədəki çevriliş cəhdinə REAKSİYA

Aktual

16 İyul 2016, 09:22

 

"Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı".

 

Modern.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Türkiyədəki hərbi çevrilişə cəhdlə bağlı yaydığı bəyanatında belə deyilir.

 

Bildirilib ki, bu demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir: "Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır.

 

Qardaş Tükiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşcağına əminliyimizi ifadə edirik".  

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul Atatürk Hava Limanında xüsusi açıqlama ilə çıxış edib.

 

Ərdoğan bildirib ki, Silahlı Qüvvələrin içində azlıqda olan bir dəstə hərbi çevrilişə cəhd edib: "İndi baş verən Vətənə xəyanətdir. Onlar bunun hesabını çox ağır ödəyəcəklər. Onlar millətin səsləri ilə vəzifədə olan Rəcəb Tayyip Ərdoğanı və hökuməti bitirə bilməzlər".

 

Aqşin Kərimov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı