Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edildiyi bildirilir.
Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində azad olunan Akar təhlükəsiz yerə aparılıb.
Onun Akıncı hərbi bazasında girov saxlanıldığı barədə məlumatlar var idi.
Akarın səhhətinin normal olduğu qeyd olunub.
Bundan öncə Türkiyə Ədliyyə Nazirliyi H.Akarın aqibəti haqqında hər hansı bir xəbər olmadığını bildirmişdi.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir.
Aqşin Kərimov