Türkiyədə hərbi çevrilişə cəhdin qarşısı alındıqdan sonra Akıncı hərbi bazasının 4-cü baza komandanlığının hərbçiləri ərazini tərk etməyə başlayıblar.
Modern.az xəbər verir ki, bu barədə“Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, hərbi bazanı tərk edənlər xalqın arasına qarışmağa cəhd edirlər.
Qeyd edək ki, hərbi çevrilişə cəhdin Fətullah Gülən şəbəkəsinə məxsus “paralel yapı” tərəfindən həyata keçirildiyi iddia olunur.
Aqşin Kərimov