Türkiyədə dövlət çevrilişinə cəhd edilməsi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyi açıqlama yayıb.
Türkiyənin Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, baş verən hadisələr xalqın seçdiyi hökumətə qarşı edilən çevriliş cəhdidir.
“Millətimiz birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır. Prezidentimiz və hökumətimiz öz vəzifələrini icra etməkdədir. Bu Türk Silahlı Qüvvələrinin hamısının iştirak etdiyi hadisə deyil. Türk Silahlı Qüvvələrinin daxilindəki bir qrupun işidir və buna xalqımız tərəfindən cavab verilib”.
Qeyd edək ki, Türkiyədə çevrilişə cəhdə görə həbs edilənlər hərbçilərin sayı 1374-ə çatıb.
Aqşin Kərimov