Modern.az

AZAL Türkiyədəki hərbi çevrilişə görə bu aviareysləri təxirə saldı

AZAL Türkiyədəki hərbi çevrilişə görə bu aviareysləri təxirə saldı

Aktual

16 İyul 2016, 11:18

Türkiyədə hərbi çevrilişə cəhd ilə əlaqədar Azərbaycandan Türkiyəyə ləğv edilmiş təyyarə reyslərinə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Modern.az xəbər verir ki, AZAL bildirir ki, ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları"nın aşağıdakı reysləri təxirə salınıb.

J2-8103 (06:45) Bakı-İstanbul
J2-8075 (08:45) Bakı-İstanbul
J2-8003 (09:10) Bakı-Ankara

Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər.

Türkiyə kurortlarına AZAL reysləri isə heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirilir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı