Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.
Modern.az “Milliyet”ə istinadən xəbər verir ki, hadisələr nəticəsində 1150 nəfərdən artıq insan xəsarət alıb.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir.
Türkiyə Silahlı Qüvvələrinin 1374 hərbçisinin isə saxlanıldığı bildirilir. Baş Qərargah rəisi Hulusi Akar isə polisin keçirdiyi əməliyyat nəticəsində girovluqdan azad edilib.
Aqşin KƏRİMOV