Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi çevrilişə cəhddə ittiham etdiyi Fətullah Gülən qiyamçıları şəxsən ittiham edib.
Trend bu barədə Frans Press agentliyinə istinadən məlumat verir.
Fətullah Gülən hərbi çevrilişə cəhd ilə hər hansı bir əlaqəsinin olmadığını bildirib.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhdə görə 1563 hərbçinin həbs olunduğu bildirilir.
Modern.az