İran Türkiyə ilə hava əlaqəsini dayandırır. Modern.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın imam Xomeyni adına beynəlxalq hava limanının direktor müavini Kuruş Fəttahı deyib.
O, Türkiyədə baş verənlərə görə İrandan Türkiyə şəhərlərinə bütün reyslərin dayandırıldığını bildirib.
K.Fəttahı Türkiyədə vəziyyət sabitləşdikdən sonra hava əlaqəsinin bərpa ediləcəyini qeyd edib.
Modern.az