Türkiyənin eks baş naziri Əhməd Davudoğlu dünüən gecə baş verən hadisələrlə bağlı açıqlama verib
Modern.az Türkiyə KİV-nə istinadən xəbərinə görə, Əhməd Davudoğlu açıqlamasında birdirib ki, bir dastan yazıldı, bu demokratiya dastanıdır.
“Şəhadət mərtəbəsinə çatmış vətəndaşlarımız tarixə qızıl hərflərlə keçdilər. Hökumətimiz heç bir kompromisə getmədi və işlərini davam etdirdi. Tər tökən, qan tökən insanlarımıza təşəkkürümü borc bilirəm. Bu bu çevriliş qarşısında dirənən, öz münasibəti göstərən bütün təhlükəsizlik qüvvələrimizə təşəkkür edirəm. Onlara minnətdarıq.”
Kimsə dünən gecə baş verən hadisəni Türk Silahlı Qüvvələrinə (TSK) aid edə bilməz. Bu çevriliş qarşında müqavimət göstərdilər. TSK-nın dövlətə bağlı nümayəndələri şərəflə bir mübarizə apardılar. Dünən gecə xəbərləri ilə millətin reaksiyasını ortaya qoymasını təşkil edən mətbuatımızı bütün nümayəndələrini təbrik edirəm. Türkiyə birlikdə mübarizə apardı.”
Türkiyədə hərbi çevrilişə cəhd zamanı 194 nəfər ölüb.
Qafar Ağayev