Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində ölən mülki vətəndaşların sayı 161-ə çatıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu baş nazir Binali Yıldırım deyib.
Onun sözlərinə görə, həbs edilmiş hərbi qiyamçıların sayı isə 2839-a çatıb.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hərbçilər Atatürk hava limanını və dövlət televiziyasının binasını ələ keçiriblər. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Qiyamçı hərbçilərdən isə 104 nəfər həlak olub.
Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.
Modern.az