Modern.az

2 general toyda girov götürülüb

2 general toyda girov götürülüb

Aktual

16 İyul 2016, 14:05

Türkiyədə hərbi çevrilişə cəhd zamanı Hava Qüvvələri Komandanı, general Abidin Ünal qiyamçı əsgərlər tərəfindən girov götürülüb.

 

Azvision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ötən gecə general Mehmet Şanverin qızının Əskişəhərdə toy mərasimini keçirilib. 

Mərasimdə Abidin Ünal da iştirak edib. Toy davam edən vaxt qəfildən hərbi helikpoter havadan atəş açmağa başlayıb. 

Həmin vaxt əsgərlər helikopterdən düşərək A. Ünal və M. Şanver başda olmaqla bütün komandirləri girov götürüblər.

Hazırda komandirlərin axtarışı davam edir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı